Saytımızı qiymətləndirin


 
 

MDB missiyası: Deputatlığa namizədlərin çox olması ölkədəki siyasi plüralizmin göstəricisidir
Tarix: 03-02-2020 | Saat: 17:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

"Fevralın 9-da keçiriləcək parlament seçkilərində çox sayda namizədlərin iştirak etməsi Azərbaycanda siyasi plüralizm ab-havasına dəlalət edir".

Qarabaginfo "Report.az"a istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçi missiyasının seçkilərə hazırlıqla bağlı bu gün dərc olunan ilkin hesabatında bildirilir.

“125 deputat mandatına 1325 namizəd var ki, bu da 2015-ci ilin parlament seçkilərinə nisbətən az qala ikiqat çoxdur. Bunlardan 246 namizəd siyasi partiyalar, 11 namizəd təşəbbüs qrupları, 1068 namizəd də öz şəxsi təşəbbüsü ilə iştirak edir. Seçki kampaniyasında bu qədər iddiaçının iştirak etməsi seçki sisteminin açıq olmasına, ölkədəki siyasi plüralizmə, seçicilər üçün həqiqi seçim imkanlarının mövcudluğuna dəlalət edir”, - hesabatda qeyd olunur.

Həmçinin yanvarın 19-dan fəaliyyətə başlayan missiyada Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan, habelə MDB Parlamentlərarası Asambleyası, Belarus – Rusiya İttifaqının Parlament Məclisi, MDB İcraiyyə Komitəsindən 252 müşahidəçinin çalışdığı bildirilir.

Missiya heyətindəki 18 uzunmüddətli müşahidəçi Astara, Biləsuvar, Cəlilabad, İsmayıllı, Goranboy, Kürdəmir, Qəbələ, Quba, Lerik, Lənkəran, Masallı, Oğuz, Salyan, Şamaxı, Şəki, Yevlax rayonlarında, Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində dairə və məntəqə komissiyalarının fəaliyyətini izləyib.



Xəbəri paylaş

421 dəfə oxunub.

Digər xəbərlər
9-02-2019, 10:43 Bürclər- 9 fevral