Saytımızı qiymətləndirin


 
 

AZAL sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə dünyada II olub
Tarix: 09-09-2019 | Saat: 16:20
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə “One Two Trip” səyahət xidmətinin hazırladığı reytinqində II yeri tutub. 

Qarabaginfo “Report.az”a istinadən xəbər verir. 

Məlumata görə, 111 mülki aviasiya şirkətində sərnişinlərə təqdim edilən yeməkləri araşdılan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) 27 variant müəyyən edib. Ekspertlər hər fərqli varianta 1 xal verib. Yəni, hər şirkət maksimum 27 xal toplaya bilib. 

I yeri 26 xalla “Singapore Airlines”, II yeri 25 xalla AZAL, III yeri isə 23 xalla “Japan Airlines” tutub. “China Southern Airlines” və “Korean Air” isə 22 xalk toplayıb. 



Xəbəri paylaş

439 dəfə oxunub.

Digər xəbərlər