
ADA Universiteti abituriyentlərə bir günlük tələbə olmaq imkanı verir
Tarix: 15-11-2017 | Saat: 18:49
Bölmə:Karusel / Sosial | çapa göndər
797 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-11-2017 | Saat: 18:49
Bölmə:Karusel / Sosial | çapa göndər
“ADA” Universiteti 2018-2019-cu tədris ili üçün 7 bakalavr (biznesin idarə edilməsi, iqtisadiyyat, beynəlxalq müansibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, dövlət və ictimai münasibətlər) və 4 magistr (diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, təhsil üzrə menecment və biznesin idarə edilməsi) ixtisası üzrə sənəd qəbuluna başlayıb.
Ali təhsil müəssisəsindən verilən məlumata görə, magistr pilləsində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu dekabrın 1-dən aprelin 5-ə, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.
Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 46 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən yararlanmaq imkanı verir. Təhsil müddətində tələbələr “ADA”-nın akademik tərəfdaşları olan dünyanın 50 universitetlərinin birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələbləri ilk kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda təcrübə qazanmağa yönləndirir. Bunun nəticəsi olaraq Universitet məzunları arasında məşğulluq göstəricisi 89%-dir.
“ADA”-da təhsillə maraqlananların Universitetlə bilavasitə tanış olması üçün “ADA”-nın Tələbə Qəbulu üzrə şöbəsi silsilə tədbirlər keçirir. Ənənəvi Açıq Qapı günləri, məlumat sessiyaları ilə yanaşı Universitet 4-cü kurs tələbələri və 10-11-ci sinif şagirdlərinə bir günlük tələbə olmaq şansı verir. “ADA-da Bir Gün” kampaniyası çərçivəsində onlar universitetin bakalavr və ya magistr tələbəsini müşaiət edib onun bir gününü “yaşaya” bilir. Bundan əlavə, Bakının digər ali təhsil ocaqları ilə qurulan əməkdaşlıq çərçivəsində ADA-nın müəllim heyətinin mühazirələri təşkil olunur.
Tələbə Qəbulu üzrə şöbənin direktoru Günay Ziyadovanın sözlərinə görə, ADA-da ali təhsil almaq tədris proqramı və təlim üsulları dünyanın digər aparıcı universitetlərindən geri qalmayan bir mühitdə oxumaq deməkdir: “Xüsusilə də, magistr proqramları tələbələrin əvvəlki akademik təhsil sahəsini nəzərə almadığına görə, bu, tamamilə yeni bir sahəni öyrənməklə karyera imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Magistr proqramları axşam saatlarında tədris edildiyi üçün, tələbələrimiz işdən ayrılmayaraq oxuya bilirlər.”
“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. Bakalavr proqrmalarına qəbul isə iki yolla- Dövlət İmtahan Mərkəzinin müvafiq qrup üzrə imtahanları və ya SAT imtahanı nəticəsinə əsasən aparılır. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər təklif edilir. Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər.
Report.az
Xəbəri paylaş
Digər xəbərlər
14-09-2025, 10:06
Yaponiyada 100 və daha çox yaşı olanların sayı rekord həddə çatıb
8-02-2019, 14:11
Azərbaycanda 18 yaşınadək şəxslərə -QADAĞALAR
6-03-2024, 10:27
FHN metroda təlim keçirib - VİDEO
23-03-2022, 13:52
Böyük Britaniyada inflasiya son 30 ilin maksimumunadək yüksəlib
2-10-2020, 15:12
Düşmənin qüvvə və vasitələri növbəti dəfə məhv edilib
22-04-2022, 08:44
İtaliya Kiyevə əlavə 200 milyon avro yardım ayıracaq
19-04-2026, 21:43
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
29-04-2021, 12:31
Ermənistanda çətənə əkməyə icazə verildi
16-12-2023, 15:04
Məhkəmə MTN generalını vaxtından əvvəl azadlığa buraxmayıb
23-04-2026, 10:30
Dünyanın dərdi var, dünya borcludur - 111 trilyon dollar

















