Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz” bir sıra rayonlarda səyyar xidmətlər göstərəcək
Tarix: 28-03-2019 | Saat: 15:46
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

 

Bu gündən etibarən "Səyyar ASAN" xidmət çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOKAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aprel ayının 11-dək Göygöldə, 28 mart-16 aprel tarixlərində Neftçala, Zərdab, Mehdiabadda, martın 28-dən aprelin 26-dək isə Balakən, Ağcabədi, İsmayıllı, Qusar, Astara və Salyan rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək.

Qarabaginfo xəbər verir ki, “Azəriqaz”dan “Report.az”a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış “Səyyar ASAN” avtobuslar və qatar vasitəsi ilə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin olunacaq.

İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, Borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi də daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

“Səyyar ASAN” xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.



Xəbəri paylaş

537 dəfə oxunub.

Digər xəbərlər