Saytımızı qiymətləndirin


 
 

Bakıda polis polkovnikinin məhkəməsi başlayıb
Tarix: 26-02-2019 | Saat: 12:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə verməkdə təqsirləndirilən Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində çalşıb, polis polkovnikidir.



Xəbəri paylaş

646 dəfə oxunub.

Digər xəbərlər