Saytımızı qiymətləndirin


 
 

Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada ölüb
Tarix: 05-02-2019 | Saat: 14:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki, Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.

Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb. Qəza zamanı M.Seyidov avtobusda olub.



Xəbəri paylaş

546 dəfə oxunub.

Digər xəbərlər