Saytımızı qiymətləndirin


 
 

Bundestaqın hakim partiyadan deputatı: “Azərbaycan şübhəsiz ki, Almaniyanın Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır” -MÜSAHİBƏ
Tarix: 01-02-2019 | Saat: 10:47
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

“Azərbaycan Almaniyaya xam neft ixracatçıları arasında 8-ci yerdə olub”

Almaniyan Bundestaqının (parlament) hakim Xristian Demokratlar Partiyasından (CDU) deputatı Mark Hauptmanın “Report”un Berlin bürosuna müsahibəsi.

- Azərbaycan Avropa İttifaqı ilə son vaxtlar iki tərəfli layihələrdə əməkdaşlığı daha da genişləndirir. Bunun perspektivi barədə nələr deyə bilərsiniz?

- Azərbaycan həm geostrateji coğrafi mövqeyinə, həm də böyük enerji resurslarına görə, o cümlədən Azərbaycanın özünün və Mərkəzi siya ölkələrinin müxtəlif çeşidli enerji daşıyıcılarını Avropaya çatdırdığına görə mühüm tərəfdaşımızdır. 2017-ci ildə Azərbaycan Almaniyaya 2,5 milyon ton xam neft göndərməklə, bizim ölkəyə xam neft icracatçıları arasında 8-ci yerdə olub. Hesab edirəm ki, bu və digər rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin ciddi inkişafının göstəricisidir. Bu həm də gələcək iqtisadi əlaqələrin, alman və Azərbaycan şirkətlərinin birgə biznes layihələrinin uğurla həyata keçirilə bilməsinin çox mühüm bünövrəsi və qarşılıqlı etibarı deməkdir.

- Azərbaycan və Almaniya əlaqələrinin hazırki durumunu və perspektivini necə qiymətləndirirsiniz? Ümumiyyətlə azərbaycanın istər enerji istərsə də digər sahələrdə Avropa ilə münasibətləri barədə pozitiv nələr söyləmək olar?

- Azərbaycan şübhəsiz ki, Almaniyanın Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır. Bizi çox sıx münasibətlər birləşdirir. 2018-ci ilin yayında Bundeskansler Angela Merkel Azərbaycanda səfərdə oldu. Elə bu günlərdə parlamentin dövlət katibi Tomas Barays iqtisadi əlaqələri təmsil edən bir qrup nümayəndə ilə Azərbaycandadır. Onun Azərbaycan prezidenti cənab İlham Əliyevlə, İqtisadi inkişaf naziri Şahin Mustafayevlə, Energetika naziri Pərviz Şahbazovla, SOCAR neft-qaz konserninin rəsmi nümayəndələri ilə görüşləri oldu. Mən gələcək strateji partnyorluq üçün çox yaxşı perspektiv görürəm. Azərbaycanla xüsusilə enerji sahəsində daha yaxın münasibətlərin qurulması Avropa Birliyinin strateji maraqlarına daxildir. Trans adriatik boru kəməri və trans Anadolu qaz boru kəməri vasitəsilə Xəzər dənizi hövzəsindən neft və təbii qazın türkiyə üzərindən qərbə daçınması reallaşır. Bu o deməkdir ki, Azərbaycanla əlaqələrimizi möhkəmləndirməklə biz Rusiya qazından asılılığımızı azaltmış oluruq və Avropanın təminatını zəmanət altına almış oluruq. Bu əlaqələr şübhəsiz ki, gələcəkdə daha da möhkəmləndirilməlidir



Xəbəri paylaş

523 dəfə oxunub.

Digər xəbərlər