Saytımızı qiymətləndirin


 
 

Zakir Qaralov sakinləri qəbul edəcək
Tarix: 06-12-2018 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov dekabrın 15-də saat 10:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.

"Qarabaginfo" xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xızı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

 



Xəbəri paylaş

536 dəfə oxunub.

Digər xəbərlər