Saytımızı qiymətləndirin


 
 

AQTA mənşəyi məlum olmayan 2,5 ton əti məhv edib
Tarix: 20-11-2018 | Saat: 18:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) noyabrın 20-də mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyini məhv edib.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda keçirilən malların məhvolma prosesində bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən satış məntəqələrində mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar etmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyənləşmişdi. 



Xəbəri paylaş

559 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70