Saytımızı qiymətləndirin


 
 

"Qarabağ"la oyun Məsut Özil üçün əlamətdar olacaq
Tarix: 27-09-2018 | Saat: 15:53
Bölmə:Karusel / İdman | çapa göndər

 

A close friend insists Ozil plans to remain in London

 Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyun İngiltərənin "Arsenal" klubu üçün iki məqamla əlamətdar olacaq. 

"Qarabaginfo" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq. Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək. 

"Arsenal" klubu həmçinin rəsmi qarşılaşmaya görə ən uzun səfərini gerçəkləşdirəcək. London təmsilçisi Bakıya gəlmək üçün 4000 km məsafə qət edəcək. 

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.



Xəbəri paylaş

599 dəfə oxunub.

Digər xəbərlər