Saytımızı qiymətləndirin


 
 

Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək
Tarix: 20-09-2018 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 Sabah - sentyabrın 21-də Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas keçiriləcək.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, yubiley mərasimi Milli Məclisin inzibati binasında təşkil ediləcək. Tədbirdə Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan və Oman Sultanlığı parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Tədbirə Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın isə parlament sədrlərinin müavinləri qatılacaqlar.

Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq.

Təntənəli iclasda ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri də iştirak edəcəklər.



Xəbəri paylaş

583 dəfə oxunub.

Digər xəbərlər