Saytımızı qiymətləndirin


 
 

Türkiyə hərbçiləri Əfqanıstandan qısa zamanda çıxarılacaq - Nazir
Tarix: 26-08-2021 | Saat: 11:26
Bölmə:Karusel / Gündəm / Dünya | çapa göndər

 

Türkiyə hərbçiləri Əfqanıstandan qısa zamanda çıxarılacaq - Nazir

 

Əfqanıstandan türk qoşunlarının çıxarılmasını qısa bir zamanda başa çatdırmağı hədəfləyirik.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə hərbçiləri Əfqanıstandakı vəzifələrini uğurla yerinə yetiriblər:

"Hava limanında həddən artıq sıxlığa və çətin şərtlərə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti öz vəzifəsini fasiləsiz yerinə yetirir. İşimizə verdikləri dəstəyə görə dost və qardaş ölkələrə təşəkkür edirik. Təxliyə planlarımız Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla əlaqəli olaraq davam edir".

Xatırladaq ki, ötən gün Türkiyə Milli Müdafiə Nazirliyi türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağını elan etmişdi.



Xəbəri paylaş

277 dəfə oxunub.

Digər xəbərlər