Xocalıda 50 metr uzunluğunda Rusiya bayrağı qaldırıldı... - Moskvadan erməni gətirib... - VİDEO
Tarix: 23-08-2021 | Saat: 12:24
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1443 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-08-2021 | Saat: 12:24
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı kontingentin tərkibindəki Rusiya hərbçiləri ilk dəfə olaraq Qarabağda Rusiya Federasiyasının Dövlət Bayrağı gününün təntənəli qeyd olunmasında iştirak ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya hərbi kontingentinin baş qərargahının yerləşdiyi Xocalı hava limanı ərazisində keçirilən tədbir Rusiya Federasiyası himninin sədaları altında Rusiya Dövlət Bayrağının qaldırılması ilə başlanıb. Uzunluğu 50 metr, eni 5 metr olan bayrağı, onun Moskvada hazırlanıb Qarabağa gətirilməsini təşkil etmiş “Biz birik” ümumRusiya forumunun rəhbəri, erməni mənşəli Armen Karenoviç Gülnazarov təqdim edərək Rusiya hərbçilərini təbrik edib.

"22 Avqustda ölkəmizin Dövlət Bayrağı Gününü qeyd edirik. Bu bayram Vətəninə sadiq olan, öz ölkəsinin, xalqının tarixinə dəyər verən bütün insanları bir araya gətirmək və birləşdirmək üçün tanınır. Bu münasibətlə Qarabağa “Biz birik" cəmiyyətinin könüllüləri ilə birlikdə Rusiya Federasiyasından Rusiyanın 50 metr uzunluğu, 5 metr eni olan bayrağı gətirilib " - deyə Rusiya sülhməramlı birləşməsinin komandan müavini, general -mayor Oleq Yeqorov şəxsi heyətə müraciətində söyləyib.
Zəruri arayış:
Armen Karenoviç Gülnazarov - 2011-ci ildə Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə yaradılmış və özünün də lideri olduğu ÜmumRusiya Xalq Cəbhəsinin Moskvadakı regional qərargahının üzvü və eyni zamanda 2005-ci ildə bir il öncə, yəno 2004-cü ildə V.Putinin elan etdiyi 4 noyabr Birlik günü münasibətilə yaradılmış “Biz birik” çoxmillətli ümumRusiya forumunun təşəbbüskarı və lideridir.
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
20-02-2024, 17:51
Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur
7-03-2025, 22:23
Tramp: Rusiya ilə sülh danışıqlarında işləmək daha asandır
18-05-2022, 21:18
Azərbaycan-Litva sənədləri imzalanıb
18-02-2026, 21:45
Bu tarixdə ildə iki dəfə Ramazan ayı olacaq
6-01-2026, 11:25
Azərbaycan Prezidenti: Bizim qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir
30-08-2022, 10:25
Kamran Əliyev İrana səfərə gedib
9-04-2022, 15:03
Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb
11-01-2021, 11:13
Bakı üzrə ticarət dövriyyəsi cüzi azalıb
19-03-2025, 15:03
Zelenski: Putin-Tramp danışığından sonra Rusiya enerji infrastrukturumuza 150 dronla zərbə endirib
2-04-2026, 12:56
Türkmənistan hökuməti: Xəzər–Qara dəniz marşrutu yeni bazarlara çıxışın genişlənməsinə imkan verəcək

















