Saytımızı qiymətləndirin


 
 

Kabil hava limanı 2 gün bağlı qalacaq
Tarix: 22-08-2021 | Saat: 11:47
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kabil hava limanı 2 gün bağlı qalacaq

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanı öz fəaliyyətini 48 saatlıq dayandırır.

Bu barədə Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir.

Minlərlə insan Əfqanıstanı tərk etmək üçün hava limanının yaxınlığında toplansa da, yaxın 48 saat ərzində ölkəni tərk etmək mümkün olmayacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Əfqanıstandan təxliyə edilən on minlərlə insanın daşınması ilə əlaqədar Amerikanın böyük aviaşirkətlərinin cəlb edilməsi ilə bağlı qərar qəbul edib. Eyni zamanda, Ağ Ev Mülki Ehtiyat Hərbi Hava Qüvvələri (CRAF) proqramına başlamağı nəzərdən keçirir. Belə ki, təxliyə üçün təxminən 20 mülki təyyarədən istifadə ediləcək. Bu təyyarələr birbaşa Kabildən uçuşlar həyata keçirməyəcək. Hava laynerləri ABŞ-ın Qətər, Bəhreyn və Almaniyadakı hərbi bazalarında qalan əfqanları və digər insanları daşıyacaq.(Report)



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər
26-10-2023, 12:39 Prezident açılış etdi