Saytımızı qiymətləndirin


 
 

Ramil Usubovun qayınatasının Şuşada viran qoyulmuş evi - FOTOLAR
Tarix: 19-08-2021 | Saat: 20:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Uzun illər erməni işğalından sonra, Ordumuz tərəfindən düşmən tapdağından azad olunan Şuşa şəhərində təmir-bərpa işləri həyata keçirilir.
Qarabaginfo.az
xəbər verir ki, bərpa işləri demək olar ki, şəhərin bütün yerlərində aparılır. Buna səbəb, digər rayon və kəndlərimiz  kimi, Şuşa şəhəri də, Ermənistanın işğalı dövründə, düşmən vandaliziminə məruz qalmışdı. Şəhərdə bir sıra tarixi binalarla yanaşı, tanınmış ziyalıların, şəhər sakinlərinin evlərinə də ciddi ziyan dəyib.

Hətta şəhərdə bəzi tarixi binalar, evlər, infrastruktur obyektlər yerlə yeksan edilib. Amma buna baxmayaraq Şuşalı olan hər bir sakin yurduna geri döndükdən sonra, evinin izi torpaqdan silinsə də belə, yaşadığı yeri hissi və duyğuları ilə tapa bilir. 

Ermənilər tərəfindən evi viran qoyulmuş şəxslərdən biri də, Şuşa şəhərinin tanınmış ziyalılarından biri, elmi-pedaqoji hazırlıqlı metodist müəllim Kamran Şirinovdur. 

Qeyd edək ki, K.Şirinov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun qayınatasıdır. 
K.Şirinovun düşmən tərəfindən dağıdılmış evinin görüntülərini təqdim edirik:



(Demokrat.az)


Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər