Saytımızı qiymətləndirin


 
 

Goranboyda mikroavtobus aşdı - 4 ölü, 10-dan artıq yaralı var
Tarix: 18-08-2021 | Saat: 21:43
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Goranboyda mikroavtobus aşdı 

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər ölüb, 10-dan artıq yaralı var.

Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.


  

 



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər