Saytımızı qiymətləndirin


 
 

Tokio-2020: Açılış mərasimində məhdudiyyətin detalları bəlli olub
Tarix: 17-07-2021 | Saat: 11:06
Bölmə:Karusel / İdman | çapa göndər

<span class="red_color">Tokio-2020: Açılış mərasimində məhdudiyyətin detalları bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində tətbiq olunacaq məhdudiyyətin detalları müəyyənləşib.

Qarabaqinfo.az saytının məlumatına görə, idmançıların paradında yığmalar tam heyətlə iştirak edə bilməyəcək

Koronavirus pandemiyasını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi məhdudiyyətlə bağlı qərar verməyə məcbur olub. Düzdür, ümumilikdə paradın ləğvi ilə bağlı ehtimallar özünü doğrultmayıb.

Əvəzində nümayəndə heyətləri burada məhdud sayda təmsil olunacaq. Bu, idmançılara aid deyil. Açılış zamanı stadionda olan hər bir atlet yığması ilə bağlı parada qatıla biləcək. Lakin məşqçi heyətinə məhdudiyyət tətbiq olunacaq. Hər millinin yalnız 6 məşqçisi paradda iştirak edə biləcək.

Qeyd edək ki, Olimpiya Oyunlarının tamaşaçısız keçiriləcək açılış mərasimi iyulun 23-də keçiriləcək.



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər