Saytımızı qiymətləndirin


 
 

“Pfizer”, yoxsa “Sinovac” effektivdir?
Tarix: 16-07-2021 | Saat: 16:45
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

“Pfizer”, yoxsa “Sinovac” effektivdir?

 

Alimlər “BioNTech/Pfizer” və “Sinovac” şirkətlərinin istehsalı olan vaksinlərin hansının daha effektiv olması ilə bağlı araşdırma həyata keçirib.

Qarabaginfo.az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, “Pfizer” istehsalı olan vaksinlə peyvənd olunan şəxslərdə “Sinovac”ın vaksinini qəbul etmiş şəxslərlə müqayisədə 10 dəfə daha çox antitel yaranır.

Araşdırmaya əsasən, “Sinovac”ın vaksini ilə peyvənd olunan şəxslərdə yaranan antitel səviyyəsi təbii yolla COVID-19-a yoluxmuş şəxslərdə qeydə alınan nəticə ilə ya eyni, yaxud da aşağıdır. Bu isə əhalinin həssas qrupları üçün gücləndirici dozadan istifadə üçün alternativ strategiya rolunu oynaya bilər.

Araşdırmaçı Benjamin Koulinqin sözlərinə görə, Hongkonqun 1422 səhiyyə işçisinin qan nümunələrinin təhlil edildiyi araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, “Pfizer” 95%, “Sinovac” isə 50,7% effektivlik göstərib. (Qafqazinfo)



Xəbəri paylaş

1384 dəfə oxunub.

Digər xəbərlər