Saytımızı qiymətləndirin


 
 

BTQ ilə bu il daşınan əsas yüklər məlum olub
Tarix: 12-07-2021 | Saat: 14:02
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

BTQ ilə bu il daşınan əsas yüklər məlum olub

Bu ilin yanvar-iyun ayları ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 11 084 TEU konteyner daşınıb.

"ADY Konteyner" MMC-dən Qarabaginfo.az-a  erilən məlumata görə, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.

BTQ ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb. Ən çox konteyner 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb. Əks istiqamətdə isə 552 TEU yük çatdırılıb. Çindən Türkiyəyə 2915 TEU, Türkmənistandan 912 TEU, Özbəkistandan isə 747 TEU yükdaşıma həyata keçirilib.

Xatırladaq ki, BTQ dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. İndiyədək BTQ ilə 33 267 TEU konteyner daşınıb. Burada tranzitin payı 26 828 TEU təşkil edib. Bu isə BTQ ilə daşınan ümumi yükün 81%-i deməkdir.



Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər