Saytımızı qiymətləndirin


 
 

Nazir: "İqtisadi rayonların yeni bölgüsü səmərəli investisiya siyasətinin icrasını təmin edəcək"
Tarix: 08-07-2021 | Saat: 17:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib - Yeni Gəncə

 

Dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır.
“İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcək”, - nazir əlavə edib.

 



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər