Saytımızı qiymətləndirin


 
 

Müdafiə naziri hərbi hospitalda olub - FOTO
Tarix: 26-06-2021 | Saat: 11:26
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

 

 

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Qarabaginfo.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb.

 



Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər