Saytımızı qiymətləndirin


 
 

Avropa çempionu olan yeniyetmə güləşçilər Vətənə qayıdıb
Tarix: 22-06-2021 | Saat: 08:57
Bölmə:Karusel / İdman | çapa göndər

 

Avropa çempionu olan yeniyetmə güləşçilər Vətənə qayıdıb

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında qalib olan idmançılar bu səhər Bakıya qayıdıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi qitə birinciliyində tarixi uğura imza atıb.

Məsul yarışda ölkəni 9 güləşçi təmsil edib. Onlardan 4 güləşçi qızıl medal, üç idmançı isə bürünc medal qazanıb.

Qeyd edək ki, Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığma 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb. (Report)



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər