Saytımızı qiymətləndirin


 
 

Vaşinqtonda Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib
Tarix: 27-02-2018 | Saat: 20:03
Bölmə:Karusel / Cəmiyyət / Qarabağ | çapa göndər

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib.

 

"Qarabaginfo" xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən "Apa.az"a verilən məlumata görə, səfirliyinin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən bu tədbir Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan “Western Presbyterian” kilsəsində baş tutub.

 

Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.

 

Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının  (AAFSW) proqram rəhbəri Şila Svitzer “Sülh laylası” layihəsi barədə məlumat verib. O bildirib ki,Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konserti Azərbaycan şairi Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına layla” adlı şer əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Culian Beird, klarnetçi Şeril Hill və hekayətçi İrvinq Benavides tərəfindən hazırlanan musiqili əsərin təqdimatına həsr edilib.

 

Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək iştirakçılara Ermənistanın Azərbaycana təcavüzünün acı xatirələrindən biri kimi Xocalı qətliamı barədə məlumat verib və münaqişənin yalnız iki dövlət arasında deyil, həmçinin əhali səviyyəsində dərin izlər buraxdığını qeyd edib. Səfir bu xüsusda tədbirin xüsusi qonağı kimi Xocalı hadisələrinin canlı şahidi, Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalanı təqdim edib və onun İkinci Dünya Müharibəsində 33 yaşında nasistlərin ölüm düşərgəsində sağ qalan atası Savalanın 50 il sonra 83 yaşında məhz Xocalıda qətlə yetirilməsi faktını misal gətirərək bu faciənin dünya ictimaiyyəti üçün nə qədər simvolik məna kəsb etdiyinə diqqət yönəldib.

 

Səfir əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı faktı və onun əhalisinə qarşı törədilən Xocalı soyqırımının Azərbaycanın müstəqilliyinin bərpasının dərhal ardınca baş verməsi onu göstərir ki, bu əməllər xüsusi məqsədlə törədilib və məhz xalqımızın müstəqillik ruhunu boğmağa hədəflənib. E. Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc-yanaşı yaşadığını önə çəkərək Azərbaycan tərəfinin erməni xalqına deyil, məhz onun işğalçı və təcavüzkar siyasət yürüdən siyasi rəhbərliyinə qarşı olduğunu vurğuladı və gələcəkdə ölkəmizin Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib.    

 

Sonra konsert proqramı çərçivəsində tanınmış bəstəkarların musiqi parçaları, o cümlədən “Gecə himni” (Herni Pörsel), “Sakit ibadət” (Haskell Smol), “Für Alina” (Arvo Pərt), “Müqəddəs gecənin himni” (Corc Kramb), “Aprel ayı” (Fərnsis Polənk) kimi əsərlər səsləndirilib.   

 

“Sülh laylası” şerinin müəllifi Y. Savalan Xocalı hadisələri barədə öz xatirələrini bölüşüb və yazdığı şeri ana dilində səsləndirib.

 

Tədbir çərçivəsində həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi guşəsi də təşkil edilib və guşədə iştirakçılara azərbaycanlı uşaqların çəkdikləri rəsm əsərləri nümayiş olunub.



Xəbəri paylaş

659 dəfə oxunub.

Digər xəbərlər