Azərbaycanın dostuna qarşı istintaq başlandı…
Tarix: 17-06-2021 | Saat: 08:15
Bölmə:Karusel / Region | çapa göndər
1393 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-06-2021 | Saat: 08:15
Bölmə:Karusel / Region | çapa göndər

“Əgər İstintaq Komitəsi vitse-spikerlə razılaşacaqsa, o zaman Cinayət Məcəlləsinin 128.1 (böhtan) maddəsi ilə cinayət işi başlana bilər…”
Rusiya İstintaq Komitəsi Azərbaycanın bu ölkədəki nadir dostlarından olan məşhur jurnalist və ictimai xadim Maksim Şevçenkoya qarşı istintaqa başlayıb. Buna səbəb jurnalistin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı, vitse-spiker Olqa Timofeyevanın ünvanına dediyi sözlər olub.
Qarabaginfo.az xəbər verir ki, bu haqda “TASS” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. “RT” telekanalı da informasiyanı təsdiqləyir. Yoxlamanın başlanması barədə ilk məlumatı isə “Mash” telegram-kanalı verib.
TASS-ın həmsöhbəti istintaqın başlanma səbəbinin Şevçenkonun 2021-ci il aprelin 4-də “YouTube”-də yayımlanmış bir çıxışının olduğunu bildirib.
“Həmin çıxışında M.Şevçenko Timofeyeva tərəfindən qızlarına hicab geyindirən və daha sonra öldürülən noqay milliyyətindən olan valideynlərin təqib olunmasından danışıb. Təqibə dair sözlər üzündən Timofeyeva İstintaq Komitəsinə müraciət edib və nəticədə istintaq başlanıb.
Cinayət işi hələ başlanmayıb. Qərar yalnız yoxlamanın nəticələrindən sonra veriləcək. Əgər İstintaq Komitəsi Timofeyeva ilə razılaşacaqsa, o zaman Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1 (böhtan) maddəsi ilə cinayət işi başlana bilər”- deyə “TASS”-ın mənbəyi qeyd edib. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
18-08-2023, 14:40
Ermənistan Kəlbəcəri ATƏŞƏ TUTDU
18-10-2024, 14:28
Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
11-05-2022, 12:53
Səfirlik əməkdaşını öldürən idmançıya cəza istənildi
18-11-2022, 10:22
ABŞ institutu: “Vladimir Putin Kiyevi tutanadək sakitləşməyəcək”
30-08-2023, 13:11
Priqojinin öldüyü təyyarə qəzasını araşdırmağa imkan verilmir
13-10-2025, 15:44
İsrail Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək
1-09-2020, 17:38
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
28-03-2024, 11:11
“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”
25-08-2022, 14:30
AZAL-ın Bakı-Moskva reysi gecikir
















