Saytımızı qiymətləndirin


 
 

İlk dəfədir bu qədər ağıllı erməni görürəm...
Tarix: 16-06-2021 | Saat: 13:55
Bölmə:Karusel / Yazar | çapa göndər

İlk dəfədir bu qədər ağıllı erməni görürəm...

Ermənistanda seçki prosesini izləyirsiniz? İzləyənlər bilir, izləməyənlər üçün yazıram: bu ölkənin gələcəyilə bağlı hətta hakimiyyətə iddia edən adamlarda da dolğun təsəvvür yoxdur. Çünki Ermənistanın sabahına ümid yoxdur. Öz namərd, xain, xəbis xarakterləri üzündən elə bir bataqlığa düşüblər ki, ordan necə çıxacaqlarını Allahdan başqa heç kim bilmir. 

Ermənistan cəmiyyəti depressiyaya düşüb. Müharibə 6 ay əvvəl başa çatsa da, bu adamlar nə baş verdiyini hələ də anlaya bilmirlər. İki yüz illik ümidləri puç olandan sonra reallıqla barışmağa başlayıblar. Reallıq isə odur ki, ermənilər regiona ayaq açan gündən rusun tulası olublar. Birinci Dünya Müharibəsi yaxın tarixdə baş verdiyi üçün bu xalqın Osmanlı dövlətinin kürəyinə necə xəncər sapladığını bilməyən yoxdur. Arxivlərdə bunu sübut edən yüzlərlə bəlgə var. Saralmış sənədlər tarixdən bu günə davam edən erməni xəyanətinə işıq tutur.

Ermənilərin nankor olduğunu sübut etmək üçün uzaq tarixə ekskursiya etməyə ehtiyac yoxdur. Rus çarı ilə İran şahının gizli anlaşması nəticəsində bölgəyə ayaq açdıqları ilk gündən ayağımızın altını qazmaqla məşğuldurlar. Məşhur “Qarabağnamə”də erməni məliklərinin rusun qabağında necə quyruq buladıqları aydın təsvir olunur. Onların xarakteridir: qabaqlarına atılan sümüyün ölçüsünə uyğun hürürülər...

Mövzudan çox uzaqlaşmayaq. Allah qoymasa, Ermənistanı idarə etmək istəyən, öz təbirlərincə desək, dərin sosial-iqtisadi, siyasi böhrandan çıxarmaq eşqinə düşən adamların cümləsinin əvvəli də rusdur, axırı da. Keçmiş prezident, Paşinyanın əsas rəqiblərindən sayılan Köçəryan açıq şəkildə deyir ki, Ermənistanın gələcəyini Rusiyasız təsəvvür edə bilmir. Onun sözlərinin mənası loru dildə budur: Rusiya olmasa, biz ölərik. 

Heç kim ölümdən sığortalanmayıb. Ölü olmaq, tula olmaqdan yüz dəfə yaxşıdır...

Şuşa Bəyannaməsi ermənilərin kürkünə birə salıb. Dünəndən bəri elliklə hürüşürlər. Öz ağalarıyla birlikdə min bir hiylə-fəsad törətsələr də, Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığına kölgə sala bilmədilər. Qəhrəman türk əsgərinin ayaq səsi qulaqlarını qıcıqlandırır. Tula qabağında Boz qurdu görəndə hansı hissləri keçirirsə, ermənilər də indi həmin hissləri yaşayırlar...

Ermənistanda seçki ehtiraslarının qızışması siyasi ritorikanı daha da zənginləşdirib. Nazmizədlər müharibədə məğlub olan, gəbərdilmiş övladlarının qalıqlarını hələ də bir yerə yığa bilməyən erməni xalqının hissləri ilə oynayırlar. Biri Şuşa və Hadrutu, digəri isə Xocavəndin kəndlərini geri qaytaracağını vəd edir. Dörd bir tərəfdən üstümüzə tulalar hürür. Əminəm ki, tezliklə yorulub dayanacaqlar.

Levon Şirinyan adlı məşhur erməni politoloqu var. Bu yaxınlarda deyib ki, ermənilər üçün türkün iti olmaq rusun tulası olmaqdan daha yaxşıdır. İlk dəfədi bu qədər ağıllı erməni görürəm. Məncə, erməni xalqı onun məsləhətinə qulaq asmalıdır. Dünyagörmüş adamdır, nə dediyini yaxşı bilir...

Seymur VERDİZADƏ



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər