Türkiyənin müdafiə naziri Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib
Tarix: 26-02-2018 | Saat: 16:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər
708 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-02-2018 | Saat: 16:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Türkiyənin müdafiə naziri Nurəddin Canikli Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib.
"Qarabaginfo"un "Trend.az"a məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.
O qeyd edib: “Mən Xocalı faciəsi ilə əlaqədar başsağlığı ifadə edirəm və qardaş Azərbaycan xalqının ağrı-acısını bölüşürəm”.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.
Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Xəbəri paylaş
Digər xəbərlər
11-03-2022, 07:40
Zelenski bir gündə 40 min insanın təxliyə edildiyini açıqlayıb
14-02-2025, 15:37
Ötən il ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb
20-06-2024, 14:05
Xocalı hava limanı sökülür? - Deputatdan REAKSİYA
19-07-2022, 11:13
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 69-a çatıb
10-01-2019, 10:14
Azərbaycan nefti 5% bahalaşıb
16-07-2026, 22:19
Zelenski Hakan Fidanı ordenlə təltif edib
18-04-2022, 15:58
Türk ordusu İraqda 19 terrorçunu məhv etdi
19-08-2022, 15:05
Ərdoğanla İsrail Prezidenti telefona danışdı
1-10-2024, 22:56
KİV: İran raketləri İsrailin Nevatim hərbi bazasını vurub
10-01-2022, 10:59
Ermənistan hərbçiləri Qazaxıstanı qarət edir - Mixaylov


















