
Türkiyənin müdafiə naziri Nurəddin Canikli Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib.
"Qarabaginfo"un "Trend.az"a məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.
O qeyd edib: “Mən Xocalı faciəsi ilə əlaqədar başsağlığı ifadə edirəm və qardaş Azərbaycan xalqının ağrı-acısını bölüşürəm”.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.