Saytımızı qiymətləndirin


 
 

“Gürcüstanın vasitəçiliyi başqa dövlətlərə mesaj oldu” - Deputat
Tarix: 14-06-2021 | Saat: 12:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritəni Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, Azərbaycanda saxlanılan 15 nəfər erməni diversant Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

 

Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürən Gürcüstanın növbəti fəaliyyəti nə olacaq?

 

Qarabaginfo.az-ın məlumatına görə, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev Modern.az-a deyib ki, mina xəritələrinin verilməsi bir daha onu göstərdi ki, Azərbaycan - Gürcüstan arasında olan münasibətlər hər bir problemin həllində böyük rol oynayır:

 

“Azərbaycan və Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub və qurulub. Axırıncı hadisə Gürcüstanın vasitəçiliyi ilə baş verdi. Bu münasibətlər hər bir problemin həllində böyük rol oynayır. Biz burda həmçinin Gürcüstanın öz mövqeyini göstərməsinin şahidi olduq. Gürcüstan dövləti mövcud problemin həllinə töhfə verdi. Bundan sonra da belə məsələlərdə daha operativ şəkildə əməkdaşlıq mümkün olacaq.

Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanın azad edilmiş başqa rayonula bağlı danışıqlar getsə, Gürcüstan buna hazır olacaq. Bu, Gürcüstan hökümətinin mövqeyinin möhkəm olmasından irəli gəlir və Azərbaycan dövlətinə etimadının böyük olmasından xəbər verir. Həmçinin  bu, başqa dövlətlərə də mesaj oldu ki, Cənubi Qafqazda dövlətlər öz arasında mövcud olan problemlərin tənzimlənməsinə qadirdilər”.

 



Xəbəri paylaş

265 dəfə oxunub.

Digər xəbərlər
29-11-2022, 12:46 Sabah yağış yağacaq