Saytımızı qiymətləndirin


 
 

Anjey Kaspşik Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirəcək
Tarix: 20-02-2018 | Saat: 10:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

 

Monitorinqin Qazax rayonu istiqamətində keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report.az"a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər



Xəbəri paylaş

605 dəfə oxunub.

Digər xəbərlər