“Bayden Cenevrədə Laçın dəhlizindəki hərbi kontingentlə bağlı Putinə təzyiq edə bilər...”
Tarix: 03-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Siyasət | çapa göndər
1447 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

“10 Noyabr üçtərəfli sazişini imzalamaqla Meğridən Naxçıvana dəhliz açılması maddəsinə rəsmən razılıq versə də, Rusiya əslində bunu o qədər də istəmir...”
“Əvvəla, onu deyim ki, ABŞ daim Qarabağ məsələsinə Türkiyə üzərindən müdaxilə etməyə çalışıb. Ancaq istəyəndə birbaşa da müzakirələr aparıb. Putin-Bayden görüşündə Laçın dəhlizi, Yuxarı Qarabağ məsələlərinə də toxunula bilər. Və ABŞ-ın Qarabağdakı Rusiya hərbi kontingenti ilə bağlı müəyyən məsələ qaldırması mümkündür. Məsələn, həmin qüvvələrin beynəlxalq statusunun, mandatının olmadığını vurğulayaraq Moskvaya təzyiq edə bilər”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ və Rusiya dövlət başçılarının iyunun 16-da gözlənilən Cenevrə görüşünün Yuxarə Qarabağ, Laçın və Zəngəzur dəhlizləri məsələlərinin Azərbaycan üçün ədalətli həllinə mümkün təsirlərindən danışan İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Amma Bayden Laçın dəhlizi məsələsini qaldırsa belə, bunun Azərbaycanın Rusiyanın sülhməramlı adlanan kontingentinin öz ərazilərindən, heç olmasa, vaxtında çıxarmasına müsbət təsiri olmayacaq. Çünki Putin də dünyanın digər regionlarındakı buna alternativ başqa məsələlərlə özünü, Rusiya maraqlarını qorumağa çalışacaq”- şərhinin ardınca bunları söyləyən Teymur Qasımlı sözügedən məsələlərin tam müsbət həllinin əsasən Azərbaycanın özünün daxili və xarici gücündən, siyasətindən asılı olduğunu da dilə gətirib.
“İkincisi də, bir zamanlar Laçın dəhlizi ilə bağlı məşhur Qobl planı vardı. Amma indi həmin planı ABŞ artıq həyata keçirmək istəmir. Ona görə ki, siyasi proseslər çox dəyişib. Qaldı bu görüşün Zəngəzur məsələsinə təsirinə, ABŞ həmin dəhlizin tezliklə açılmasını çox istəyir. Ancaq 10 Noyabr üçtərəfli sazişini imzalamaqla Meğridən Naxçıvana dəhliz açılması maddəsinə rəsmən razılıq versə də, Rusiya əslində bunu o qədər də istəmir. Çünki Türkiyə ilə bərabər ABŞ-ın da bu yeni nəqliyyat-kommunikasiya xətti vasitəsilə Orta Asiyaya nüfuz etməsinə razı deyil. Odur ki, Putin-Bayden görüşünün Zəngəzur dəhlizi məsələsini də müsbətə doğru dəyişəcəyinə inanmıram. Umumi olaraq onu demək mümkündür ki, Rusiya və ABŞ liderlərinin gözlənilən görüşünün Azərbaycana müsbət, yaxud mənfi real bir təsiri gözlənilmir. Və bir daha belə bir nəticəyə gəlirik ki, Qarabağ, Laçın və Zəngəzur dəhlizləri məsələlərinin tam müsbət həlli əsasən özümüzdən asılıdır. Güçlənməli, düzgün gedişlər etməli, beynəlxalq arenada daha güclü dəstək əldə etməliyik. Yuz ölçüb bir addım atmalı və bütün sahələrdə yalnız hucumda olmalıyıq”- deyə siyasi analitik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
18-05-2022, 00:02
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ
21-08-2026, 20:23
“Green Card” udduğundan ərizə yazaraq vəzifəsindən gedibmiş
26-01-2022, 07:02
Ağ Ev Putinə qarşı sanksiyaların tətbiqini istisna etməyib
11-10-2022, 09:32
Arayik Ermənistan Təhlükəsizlik Şurasının iclasına buraxılmadı...- Paşinyan onu...
22-08-2026, 08:41
Rusiya ordusu Krivoy Roqa dron zərbəsi endirib: 15 nəfər ölüb, 130 yaralı var - FOTO
4-07-2025, 12:45
Ərdoğan Azərbaycandadır
11-09-2024, 15:50
Oktyabrda Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq
30-09-2021, 09:58
Ərdoğan-Putin görüşü oldu: Qarabağda hadisələr necə inkişaf edəcək?


















