Saytımızı qiymətləndirin


 
 

Naxçıvana Zəngəzurdan, Şuşaya Əsgərandan keçib getmək vəzifəsi...
Tarix: 12-05-2021 | Saat: 12:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Naxçıvana Zəngəzurdan, Şuşaya Əsgərandan keçib getmək vəzifəsi...
"O Əsgərandan ki,  1919-cu il martın 21-də ermənilərin bu qaladakı keçidi ələ keçirməsindən sonra Xosrov bəy Sultanovun başçılıq etdiyi Azərbaycan əsgərləri oradakı  daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək  Xankəndi və Şuşanı da azad etdi..."
 
Ali Baş Komandanın təyyarə ilə  getdiyi son Naxçıvan səfərindən və düşmənlərimizə  qarşı verdiyi növbəti “Zəngəzur dəhlizi” bəyanatlarından sonra artıq dövlət başçısının gələn dəfə eyni məkana ya qatarla, yaxud Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçının kəndinə getdiyi kimi öz avtomobili ilə getməsini gözləyirik...
 
Bəli, 44 günlük savaşdakı şanlı Qələbəmizdən sonra xalqımızın, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də budur; Naxçıvana Meğridən – Zəngəzurdan keçib getmək...
 
Amma bir  xalq, dövlət olaraq  qarşımızda digər əsas vəzifələr də dayanır: Şuşaya, Xankəndinə əsrlər boyu getdiyimiz tarixi Ağdam-Şuşa yoluyla, eləcə də Bakı-Horadiz- Qubadlı-Laçın-Şuşa yolu ilə sərbəst getmək... Həmçinin Kəlbəcərə Tərtər-Ağdərə-Kəlbəcər yolu  ilə getmək... Hər üç yolu açmaq Azərbaycan üçün çox prinsipial məsələlərdir.  Ərazimizin, suverenliyimizin əsl mənada bərpası baxımından bunlar çox  önəmlidir... Və gərək olsa, hər birimiz bu uğurda da qanımızı, canımızı verməyə hazır olmalıyıq...
 
Ən önəmlisi, prinsipialı isə Əsgərandan keçib Xocalıya, Xankəndinə, Şuşaya getməkdir... 
 
O Əsgərandan ki, XVIII əsrdə Qarabağ xanları tərəfindən tikilmiş möhtəşəm qalanın adını daşıyır...
 
O Əsgərandan ki,  1919-cu ilin martın 21-də - Novruz bayramı gecəsi ermənilərin bu qaladakı keçidi ələ keçirməsindən sonra Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun başçılıq etdiyi Azərbaycan Milli Ordu hissələri  daşnak generalı Dronun oradakı quldur dəstələrini darmadağın edərək  Xankəndi və Şuşanı da azad etdi.   Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Lakin 1 920-ci il martın 21-də, yenə də Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə də hücuma keçdi və bu postlarda dayanan azsaylı qüvvələri məhv etdi. Bundan sonra -1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimovun başçılığıyla Cümhuriyyət ordusu yenidən Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi...
 
O Əsgərandan ki, sonradan – 70 il ərzində  sovet hökumətinin əli ilə yenidən ermənilərlə məskunlaşdırıldı və 1988-ci ilin  fevralında separatçıların başlatdığı ərazi iddialarına cavab olaraq Ağdamdan Xankəndiyə doğru yönələn Azərbaycan xalq kütlələri məhz həmin şəhərdən keçməyə cəhd göstərərkən ilk şəhidlərimizi verdik...
 
Xocalının işğalından öncə və sonra Əsgəranı azad etməyə bir neçə cəhd olsa da, bunlar baş tutmadı...
 
İnanırıq ki, inşallah, bu dəfə Azərbaycan dövləti separatçı-terrorçu tör-töküntülərini siyasi-diplomatik yollarla bütün Yuxarı Qarabağ kimi Əsgərandan da təmizləyəcək və biz artıq Şuşaya Füzulidən gələn uzaq yolla yox, həmişə getdiyimiz Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolundan  heç bir müşayiət-filan olmadan sərbəst və azad şəkildə keçib gedəcəyik...
(moderator.az)


Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər