Saytımızı qiymətləndirin


 
 

Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satan şəxs tutuldu
Tarix: 06-05-2021 | Saat: 10:54
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satan şəxs tutuldu
A.Ağayev

Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan “VAZ-21074” markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Masallı rayonunun Yeddioymaq kənd sakini A.Ağayev olduğu və ehtiyat hissələrini söküb oğurladıqdan sonra satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər