"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Qarabaginfo.az Unikal.org-a istinadən xəbər verir ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş  vermişdi.

Qeyd edək ki, "EuroHome"un sahibi  Azay Möhnətovdur.