Saytımızı qiymətləndirin


 
 

“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
Tarix: 13-04-2021 | Saat: 10:52
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

 

Bu gün Moskvada azərbaycanlı “qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən killerin kimliyi məlum olub. Rusiya mənbələri xəbər verir ki, həmin şəxs Taleh Orucovdir. Onun şəxsiyyətini “112” Telegram-kanalı açıb və şübhəlinin fotosunu dərc edib.

Xəbər verildiyi kimi killer Əli Heydərovu Moskvada yaşadığı binanın birinci mərtəbəsində yerləşən idman zalında haqlayıb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.

***

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov bu gün Moskvada öldürülüb. Virtualaz.org Rusiya mediasına istinadən xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib

Hadisə bu gün günorta saatlarında baş verib. "Albert Rıjiy"ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən  alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər