Vüsal Kərimli sürücülərə 500 manatlıq forma “alır”...
Tarix: 12-04-2021 | Saat: 11:06
Bölmə:Karusel / Sosial | çapa göndər
1440 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-04-2021 | Saat: 11:06
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakı Bus MMC ilə bağlı problemin aradan qaldırılması üçün idarəetməyə yanaşma dəyişməlidir.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, Bakı Bus MMC-nin özəlləşdirilməsi daha səmərəli addım olar:
“Bakı Bus MMC əvvəl Bakı şəhər İcra Hakimiyyətinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi. İndi isə İnvestisiya Holdinqinə verildi. Bu qərarların arxasında səmərəli idarəetmənin olmaması dayanır. Bununla bağlı faktlar da var. Məsələn, avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır. Bu qurum belə idarə olunacaqsa, o, dövlətə ağır yük olacaq. Buna görə də sahibkarlara imkan yaratmaq lazımdır.
Dəfələrlə təklif etmişəm ki, “Bakı Bus” üçün ayrılan pullar güzəştli kredit olaraq sahibkarlara verilsin.
Onsuz da MMC-yə ayrılan pullar geri qaytarılmır. Məndə olan məlumata görə, bəzi illərdə bu qurum heç cari xərclərini, yəni sürücülərin maaşını, avtobusların təmirini, yanacağını ödəyə bilmir və dövlətdən dotasiya alır. Baxmayaraq ki, bu avtobusları elə dövlətin özü alıb. Əgər həmin pulları faizsiz kredit olaraq sahibkarlara təklif etsələr, onlar bu işi daha yaxşı görər. Təbii ki, burada sahibkarları da düzgün seçmək lazımdır”.
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-02-2025, 15:59
Tramp: ABŞ-nin İsraillə birgə İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir
13-01-2025, 17:31
Keçmiş vəkil Elman Paşayevə qarşı yeni cinayət işi açılıb
13-03-2024, 16:43
Süni intellekt bəşəriyyəti yox edə bilər - ABŞ-dən XƏBƏRDARLIQ
13-02-2022, 18:25
ABŞ-ın hərbi yardım gətirən iki təyyarəsi Kiyevə gəlib
9-06-2022, 14:49
Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qaydalar
19-01-2026, 21:32
Valentino moda evinin qurucusu Valentino Garavani vəfat edib
28-03-2022, 11:30
Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI
8-04-2025, 08:46
Mask Trampdan ABŞ-ın cavab rüsumlarına yenidən baxmağı xahiş edib
1-12-2023, 14:57
Noyabrda azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı
17-08-2021, 12:40
Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
















