Saytımızı qiymətləndirin


 
 

Budundan bıçaqlanan şəxs xəstəxanada öldü
Tarix: 08-04-2021 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm / Kriminal | çapa göndər

 

Budundan bıçaqlanan şəxs xəstəxanada öldü

 

Kürdəmir rayonunda budundan bıçaqlanan kişi xəstəxanada vəfat edib.

Rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 8-də saat 03 radələrində Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Səmədov Arif Abduləziz oğlu sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

O, aldığı xəsarət nəticəsində xəstəxanada ölüb.

Zərərçəkmişin tanışı Babayev İsmayıl Bəhrəm oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Arif Səmədova xəsarət yetirdiyi məlum olub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Xəbəri paylaş

1342 dəfə oxunub.

Digər xəbərlər