“Allaha yalvarıram ki, Hacıbala həbs olunsun...” - Koronavirusa yoluxan Xalq artisti...
Tarix: 07-04-2021 | Saat: 17:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1472 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-04-2021 | Saat: 17:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Dünyanın yiyəsi yoxdu, ölüb. Yiyəsi olsaydı, hər şey aydındı. Bu nə xəstəlikdi, onun yaranma və yayılma səbəbləri bəllidir. Dostlarımın köməyi ilə müalicə olunuram”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti koronavirusa yoluxduğu üçün ev şəraitində müalicə olunduğunu deyib:
“Müalicə almaq üçün gündə iki dəfə klinikaya gedirdim və yəqin ki, koronavirusa da orda yoluxmuşam. Bu gün artıq 6 gündür ki, virusa yoluxmuşam. İstədilər məni xəstəxanaya yerləşdirsinlər, amma özüm də, həkimlərim də məsləhət gördü ki, ev şəraitində müalicə olunum. Göz dəyməsin, indi özümü çox yaxşı hiss edirəm. Amma çox təəssüf ki, iki gün öncə bacanağım koronavirusdan dünyasını dəyişdi. İdmançı adam idi, çox heyf”.
Xalaq artisti maddi cəhətdən çətinlik çəkdiyini, dərmanların isə baha olduğunu deyib:
“Dünyanın yiyəsi yoxdu, ölüb. Yiyəsi olsaydı, hər şey aydındı. Bu nə xəstəlikdi, onun yaranma və yayılma səbəbləri bəllidir. Dostlarımın köməyi ilə müalicə olunuram. Hələ ki, Heydər Əliyev Fondundan elə bir köməklik olmayıb. Qızım mən və bir də nəvəm koronavirusa yoluxmuşdu. Bir adamın müalicə xərci gündəlik 100 manatdı. Dərmanların hamısı baha-bahadır. Bu gün ermənidən bizə daha çox təhlükəli apteklərdi”.
Şeyx Əbdül səhhətində yaranan ciddi problemlərə görə Bakının keçmiş meri Hacıbala Abutalıbovu günahlandırıb. O, bildirib ki, Hacıbala ona 6 il zülüm edib:
“Bu gün belə acınacaqlı vəziyyətə gəlib düşməyimin bütün günahları Hacıbala Abdutalıbovdadı. H.Abutalıbov vəzifəsindən sui-istifadə edərək 6 il mənə zülüm etdi. İndi o gün eşidirəm ki, onun müavinini həbs ediblər. Mən onun müavinlərinin hamısın yaxşı tanıyıram, onları niyə həbs ediblər? Onlar mənə kömək etmək istəyirdi, amma Hacıbala imkan vermədi. Gecə-gündüz dua edib Allaha yalvarıram ki, Hacıbala mütləq həbs olunsun. Onun məhkəməsinə isə məni şahid qismində dəvət etsinlər. Çünki ona o vaxt da demişəm və indi də sözümü deyəcəm. Hacıbala Bakının meri olanda məhkəmənin üç qətnaməsi icra edilmədi. Necə BMT bizim xeyrimizə olan qətnamələri icra etmirdi, Hacıbala da mənim xeyrimə olan məhkəmə qərarlarının icrasına imkan vermədi. Məhkəmələrdə icra-probasiya şöbələri var, bunlar ancaq Azərbaycanda ictimai rəyi korlamaqla, sosial gərginlik yaratmaqla məşğuldurlar. Çünki qanunu icra etmək əvəzinə, şəxsi münasibətlərə xidmət edirlər. Onlar gəlib mənə deyirdilər ki, “bizim Hacıbalaya gücümüz çatmır”. Bəs onda bu qurumlar nəyə lazımdır? Kasıba zülüm etmək üçün yaradıblar bu qurumu? Hacıbala mütləq cinayətə cəlb olunmalı, onun cinayətkar əməlləri bir-bir ortaya qoyulmalıdır. Çünki mənim bu gün banda yaşamağımın səbəbkarı odur. O, vaxtında tədbir görsəydi, bu günlərə qalmazdım”.
Xəbəri paylaş
Digər xəbərlər
25-09-2025, 21:17
Azərbaycan Prezidenti: Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir
27-04-2022, 23:20
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
15-11-2022, 12:20
Ərdoğan Baydenlə görüşdü
18-12-2021, 12:24
Baş nazir: "Gürcüstan Azərbaycanla münasibətləri möhkəmləndirəcək"
15-06-2021, 14:19
Prezidentin köməkçisi: “Quru sərhədlərinin açılması müzakirə olunmur”
5-07-2022, 20:23
Rusiya bu il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək
5-10-2026, 14:03
Məhkəmənin hökmünü icra etməyən hüquqi şəxslərə qarşı cinayət-hüquqi tədbirlər tətbiq ediləcək
14-07-2022, 16:14
2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun təsdiqlənib
9-04-2022, 11:08
Qarabağda aşkarlanan meyit qalıqları ilə bağlı RƏSMİ AÇIQLAMA
















