Saytımızı qiymətləndirin


 
 

Toya gələnlər 200 manat cərimə edildilər
Tarix: 07-04-2021 | Saat: 15:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Toya gələnlər 200 manat cərimə edildilər

Tovuzda toy mərasiminin qarşısı alınıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə rayonun Xatınlı kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 3 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.




127 dəfə oxunub.

Digər xəbərlər