Saytımızı qiymətləndirin


 
 

Qərargah: Bayıldakı sürüşmə zonasında iki yeraltı çayın axdığı müəyyənləşib
Tarix: 26-01-2018 | Saat: 10:26
Bölmə:Karusel / Sosial | çapa göndər

 

İcra başçısı: “Sürüşmə zonasından müvəqqəti köçürülmış sakinlərə kirayə pulu veriləcək”

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.

"Qarabaginfo" xəbər verir ki, qərargahdan "Report"a verilən məlumata görə, Eldar Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb.

Qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, yəni 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.



Xəbəri paylaş

636 dəfə oxunub.

Digər xəbərlər