Saytımızı qiymətləndirin


 
 

Bu gündən yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Tarix: 05-04-2021 | Saat: 15:12
Bölmə:Karusel / Təhsil | çapa göndər

Azərbaycanda peyvəndlərdən niyə imtina edilir? - BBC News Azərbaycanca

Bu gündən başlayaraq yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

Bu barədə Təhsil Nazirliyindən Qarabaginfo.az-a sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, ötən həftə sonu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirmişdi ki, bu həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq:

"Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq. Bu isə insanların vaksinasiyadan keçməsindən asılıdır. İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq".

Nazir qeyd edib ki, fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik: “Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.



Xəbəri paylaş

1353 dəfə oxunub.

Digər xəbərlər