Saytımızı qiymətləndirin


 
 

Türkiyəli nazir İçərişəhərə gəldi - FOTOLAR
Tarix: 19-03-2021 | Saat: 13:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir bu gün İçərişəhərdə olub.

Qarabaginfo.az xəbər verir ki, nazir Şirvanşahlar sarayını ziyarət edib.

Qeyd edək ki, Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti dünən işğaldan azad olunmuş ərazilərdə olub.

Füzuli rayon mərkəzinə, Cəbrayıl və Zəngilan rayonlarına olan səfərdə Azərbaycanın  kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər də iştirak ediblər.


Nümayəndə heyəti əvvəlcə Füzuli rayonu ərazisində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.

Səfər iştirakçıları Füzuli şəhərində dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkib, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olublar.

Daha sonra Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn nümayəndə heyəti burada səpin prosesinə hazırlıq işləri ilə tanış olublar. Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli toxumsəpən texnika vasitəsilə səpin prosesinin həyata keçirilməsi prosesini izləyiblər.



Xəbəri paylaş

355 dəfə oxunub.

Digər xəbərlər