Saytımızı qiymətləndirin


 
 

Partiya sədrləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər
Tarix: 17-03-2021 | Saat: 14:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Partiya sədrləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər.

Qarabaginfo.az xəbər verir ki, siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar.

Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir. Səfər davam edir. (Report)

 



Xəbəri paylaş

1323 dəfə oxunub.

Digər xəbərlər