Saytımızı qiymətləndirin


 
 

Rusiya 2018-ci ildə neft bazarının balanslaşacağını gözləyir
Tarix: 21-01-2018 | Saat: 11:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Novak: Bazarda neft ehtiyatlarının azalması üzrə müsbət dinamika müşahidə olunur

Rusiyanın Energetika Nazirliyi ümid edir ki, beynəlxalq neft bazarı artıq cari ildə tarazlaşa bilər.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə bazar günü Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Ümumilikdə [neftin qiyməti] bu il balanslaşmalıdır, nə vaxt – onu zaman göstərəcək. Hələlik qalıqların (neft ehtiyatlarının – red.) azalması yaxşıdır, bütün dünyada qalıqların azalması davam edir", - deyə Novak əlavə edib.

Onun sözlərinə görə, Rusiya şirkətləri neft qiymətlərinin qalxmasına baxmayaraq, hələ ki, bahalı neft layihələrinə qayıtmaq niyyətində deyillər.



Xəbəri paylaş

649 dəfə oxunub.

Digər xəbərlər