Saytımızı qiymətləndirin


 
 

10 min hərbçi, 100 tank, 200 raket və artilleriya qurğusu - Əməliyyat-taktiki təlimlərə start verildi
Tarix: 15-03-2021 | Saat: 11:04
Bölmə:Karusel / Qarabağ | çapa göndər

10 min hərbçi, 100 tank, 200 raket və artilleriya qurğusu - Əməliyyat-taktiki təlimlərə start verildi 

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

 

 



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər
13-09-2021, 12:43 Sabahın hava proqnozu