Xocalı qatili hospitala yerləşdirildi – terrorçu eks-prezidentin məhkəməsi təxirə salındı...
Tarix: 09-03-2021 | Saat: 20:44
Bölmə:Karusel / Region | çapa göndər
1408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-03-2021 | Saat: 20:44
Bölmə:Karusel / Region | çapa göndər

İrəvanda Ermənistanın Xocalı soyqırımında iştirakıyla fəxr edən terrorçu eks-prezidenti Robert Köçəryan və digərlərinin işi üzrə məhkəmə iclası digər Xocalı qatili, sabiq müdafiə naziri Seyran Ohanyanın vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb
Qarabaginfo.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin News.am saytı məlumat yayıb.
S.Ohanyanın vəkili Karen Mejumyanın dediyinə görə, hazırda müvəkkili 7 martda yerləşdirildiyi hospitaldadır. Vəkil keçmiş müdafiə nazirinin xəstəxanadan çıxmağının nə vaxta planlaşdırıldığını dəqiqləşdirmək üçün beş dəqiqəlik fasilə istəyib. Seyran Ohanyanla danışdıqdan sonra vəkil məhkəməyə hazırda dəqiq məlumat olmadığını, lakin Ohanyan xəstəxanadan çıxan kimi məlumat veriləcəyini söyləyib. Vəkil növbəti iclasda müvəkkilinin xəstəxanaya yerləşdirmə səbəbləri ilə bağlı tibbi sənədləri də təqdim edəcəyinə söz verib.
R.Köçəryan və digərləinin işi üzrə növbəti məhkəmə iclasının 16 mart saat 13: 00-da baş tutacağı bildirilib. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
3-11-2021, 12:27
Yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində iş gedir
23-08-2024, 17:33
Bakının bu küçəsinə xüsusi hərəkət zolağı çəkildi
4-08-2024, 09:47
CENTCOM rəhbərinin Yaxın Şərqə gəldiyi bildirilir
30-12-2022, 11:51
Muxtar Məmmədov İsrailə səfir təyin olunub - KİV
10-07-2025, 19:38
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
7-06-2024, 14:28
Auditorun vəzifəsi artırılır
10-11-2020, 12:35
DİN sürücülərə müraciət etdi

















