Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova hərbçilərin maaşından DANIŞDI
Tarix: 09-03-2021 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mili  Məclisin Sədri Sahibə Qafarova parlametin bu gün keçirilən plenar iclasında hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına toxunub. 

Qarabaginfo.az-ın xəbərinə görə, sədr prezidentin də qeyd etdiyi kimi, Qarabağda qələbəni qazanan texniki vasitələrin deyil, Azərbaycanın əsgər və zabitləri olduğunu vurğulayıb.

S.Qafarova bildirib ki, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ölkədə həyata keçirilən siyasətin əsas prioritetini təşkil edir:

“Hərbi qulluqçulara müddətli əlavələrin təyin edilməsi ilə bağlı qərar verildi. Biz hamımız yaxşı bilirik ki, bu qərar zaman tələb edən prosesin nəticəsində qəbul olunub. Hərbi qulluqçular daim dövlətin qayğısı ilə əhatə olunub. Onların problemlərinin həlli hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq”. 



Xəbəri paylaş

1336 dəfə oxunub.

Digər xəbərlər