Saytımızı qiymətləndirin


 
 

İTV polisdən sifarişli material hazırlayıb? - AÇIQLAMA
Tarix: 25-02-2021 | Saat: 13:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl  İctimai Televiziyada polisin fəaliyyətini tənqid edən materialın sifariş olmaslı fikirlərilə bağlı açıqlama verib.

Qarabaginfo.az ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də İctimai Televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb,:

"Polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən İctimai Televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk.

O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən İctimai Televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir".
Modern.az



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər