Saytımızı qiymətləndirin


 
 

Brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqin keçirilməsinə başlanılıb
Tarix: 23-02-2021 | Saat: 11:00
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqin keçirilməsinə başlanılıb

Respublika ərazisində brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədi İlə monitorinqlərə başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, monitorinq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilir.

Təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək. Toplanılan diaqnostik nümunələrin müasir üsullarla müayinəsi aparılacaq.

Eyni zamanda seroloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.
Report



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər