Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlanıb
Tarix: 17-01-2018 | Saat: 11:41
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

Ötən il Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlanıb.

"Qarabaginfo"nun "Trend.az"a istinadən məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, 2017-ci il ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

O əlavə edib ki, məhkəmələrə göndərilmiş 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.



Xəbəri paylaş

608 dəfə oxunub.

Digər xəbərlər