Saytımızı qiymətləndirin


 
 

Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı
Tarix: 19-02-2021 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Atəşkəs bütün təmas xəttində müşahidə olunur. Rus sülhməramlıları vətəndaşların yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edirlər.

14 noyabr 2020-ci ildən indiyədək 52 659 nəfər Dağlıq Qarabağdakı keçmiş yaşayış yerlərinə qayıdıb.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti ilə pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün təlimlər planlı şəkildə aparılır. Bütün müşahidə məntəqələri hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün istehkamlarla təchiz olunub. (Virtualaz.org)



Xəbəri paylaş

1365 dəfə oxunub.

Digər xəbərlər